Bağla
gundem.ws
gundem.ws

Rusiyanın hava nəqliyyatı şirkəti Ermənistana uçuşlarını dayandıracaq

10 dəfə baxılıb 7-08-2019, 10:22

Rusiyanın hava nəqliyyatı şirkəti Ermənistana uçuşlarını dayandıracaq

Rusiyanın "Pobeda” hava nəqliyyatı şirkəti Ermənistanın Gümrü şəhərinə uçuşlarını dayandıracaq.

Şirkətdəki mənbənin sözlərinə görə, bu qərar Gümrü hava limanında təyyarələrə yanacağın yarımçıq vurulması halları ilə bağlıdır.

"Hava limanının rəhbərliyinə dəfələrlə müraciət edilsə də, görülən tədbirlər səmərəsizdir, yanacaq təchizatçısı şirkət yarımçıq vurmağa davam edir. Müştərilər qarşısında üzüqara olmamaq üçün yay mövsümünün sonunadək "Pobeda” uçuşları həyata keçirəcək, qış mövsümündən isə bu istiqamətə bilet satışı dayandırılacaq”, – deyə mənbə bildirib.

"Report” xatırladır ki, "Pobeda” şirkəti Moskva – Gümrü reyslərini 2016-cı ilin dekabr ayından həyata keçirir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi