Bağla
gundem.ws
gundem.ws

Yevlaxda bulvar ÇÖKDÜ: Altında turbalar olub - FOTO

14 dəfə baxılıb 6-08-2019, 11:44

Yevlaxda bulvar ÇÖKDÜ: Altında turbalar olub - FOTO

Yevlaxda Kür çayının sahilində bulvarda çökmə olub.

BiG.AZ xəbər verir ki, hadisə ötən gün baş verib.

Yevlax Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Xalid Əhmədov Gundelikxeber.az-a faktı təsdiqləyib.




Onun sözlərinə görə, ərazidə suyun altında qalan turbalar eroziyaya uğrayıb:

“Hazırkı bulvar ərazisinin yerində daha əvvəl kiçik bir park olub. Park baxımsız vəziyyətdə, suyun içərisində olduğundan əsaslı yenidənqurma işləri aparılıb. Çox güman ki, suyun içərisində qalan dəmir turbalar eroziyaya uğrayıb. Bu səbəbdən də üzərindəki yükü saxlaya bilməyib və çöküb. Hadisə zamanı heç kim xəsarət almayıb.

Biz əraziyə baxış keçirmişik. Təhlükəsizlik məqsədilə həmin ərazi nəzarətə alınıb. Üzərindən beton örtüyü götürülüb. Təmir işləri üçün zəruri olan materiallar sifariş edilib. Ən qısa zamanda çökən hissə bərpa ediləcək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi