Bağla
gundem.ws
gundem.ws

Toydakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

11 dəfə baxılıb 6-08-2019, 10:39

Toydakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində qeydə alınan kütləvi zəhələnmənin ilkin səbəbi məlum olub.

Bu barədə Qəbələ rayonu İcra Hakimiyyətinin Zərgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səməd Xəlilov məlumat verib.

S.Xəlilov qeyd edib ki, toy həyətdə keçirilib:

“Toy restoranda keçirilməyib, həyətdə olub. Hazırda araşdırmalar aparılır”.

Kənd rəsmisinin sözlərinə görə, ilkin ehtimal kimi zəhərlənmənin qablaşdırılmış sudan baş verdiyi bildirilib:

“Sular da mağazadan alınmış, qablaşdırılmış sulardır. Zəhərlənmənin yeməklərdən yox, məhz sudan baş verdiyi ehtimal edilir. Ona görə də həmin sulardan Azərbaycan Qida Təhlükəsiliyi Agentiyi, Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları, polislər nümunələr götürüb. Bundan əlavə məlumat verə bilmərəm”.

S.Xəlilov qeyd edib ki, xəstələrin vəziyyəti normaldır, hamısı evə yazılıb:

“Toyu olan bəy və gəlinin isə səhhətində heç bir problem yoxdur. Onlarda zəhərlənmə qeydə alınmayıb”.

Qeyd edək ki, Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon Xəstəxanasına və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfər olub.(modern)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi