Bağla
gundem.ws
gundem.ws

Bir çox ölkədən olan "Facebook" və "Instagram" istifadəçiləri problemlə üzləşib

9 dəfə baxılıb 5-08-2019, 13:42

Bir çox ölkədən olan "Facebook" və "Instagram" istifadəçiləri problemlə üzləşib

Bir neçə ölkədən olan "Facebook" və "Instagram" istifadəçiləri xidmətlərin fəaliyyətində problemlə qarşılaşıblar.

Apa xəbər verir ki, bu barədə populyar internet resurslardakı çatışmazlıqları araşdıran "Downdetector" saytında bildirilib.

Qeyd olunur ki, bu sosial şəbəkələrdəki problemlər Rusiya, Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, İtaliya, Braziliya, ABŞ və digər ölkələrdə hiss olunub.

Şikayətlər daha çox "Instagram" lentinin yüklənməsi (63%) və "Facebook"da qrafik şəkilllərin görünməsi ilə əlaqəli olub. Eyni zamanda istifadəçilər şəxsi hesablarına daxil olarkən və sosial şəbəkə paylaşımlarına rəy bildirərkən çətinliklə üzləşiblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi