Bağla
gundem.ws
gundem.ws

ŞOK: Bakıda bu məşhuru güllələmək istədilər - Bardaçokdan tapançanı götürüb... - FOTO

11 dəfə baxılıb 5-08-2019, 12:33

ŞOK: Bakıda bu məşhuru güllələmək istədilər - Bardaçokdan tapançanı götürüb... - FOTO

Məşhur qadın vəkil Şəfiqə Nağıyevanı öldürmək istəyiblər.

Bu haqda məşhur vəkil özü açıqlayıb.

Şəfiqə Nağıyeva həmin hadisəni belə nəql edib:

"Gənc bir qadın ona xəyanət etdiyi üçün ərindən boşanırdı. Həyat yoldaşı hüquq mühafizə orqanlarında işləyirdi. Bütün əmlakı böldürüb, qızın payını verdirdim. Məhkəmədən çıxdım öz tərəfimi görmədim. Oğlandan qorxub qaçıb getmişdilər. Mənim çantam da onlarda idi. İşə Lənkəran məhkəməsi baxırdı. Hara gedəcəyimi bilmirdim. Bu zaman oğlan məhkəmədən çıxdı, vəziyyəti biləndən sonra, mənə dedi ki, gəlin mən sizi aparım onlara. Mən bir söz demədən onun maşınına mindim. Oğlan mənə dedi ki, qorxmursan, mənim maşınıma minirsən? Axı sən mənim əmlakımı böldürtmüsən. Mən ona cavab vermədim. O isə mənə dedi ki, sizin əlinizdən bərk əsəbiyəm, bu yaxınlarda 8-ci km-də sizi gördüm. Maşını saxlayıb, bardaçokdan tapançanı götürüb sizi vurmaq istədim. Hansı bir qüvvəsə əlimi yanıma saldı. Düz iki-üç dəfə bu hərəkəti etdim. Kimsə, nəsə mənə mane olurdu. Mən isə ona dedim "Rəbbim qoruyana heç kim heç nə edə bilməz".

Bu gün Xızır Peyğəmbərin ziyarətində idim.Hamınıza dualar etdim. Yolunu azmış insanlara isə "Ya Rəbbim, hidayət et" dedim".
ŞOK: Bakıda bu məşhuru güllələmək istədilər - Bardaçokdan tapançanı götürüb... - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi