Bağla
gundem.ws
gundem.ws

“APOEL” – “Qarabağ” matçının hakimləri müəyyənləşib

13 dəfə baxılıb 4-08-2019, 11:18

“APOEL” – “Qarabağ” matçının hakimləri müəyyənləşib“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının 2019-2020 mövsümün III təsnifat mərhələsi çərçivəsində səfərdə Kiprin APOEL komandası ilə keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, avqustun 6-da Nikosiyadakı “GSP” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Davide Massa olacaq. Ona həmyerliləri Fabiano Preti və Alberto Teqoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi