Bağla
Deqiq.info

Azərbaycanlı dizayner kolleksiyalarını İstanbulda təqdim edib

Tarix:8-01-2019, 14:32

Azərbaycanlı dizayner kolleksiyalarını İstanbulda təqdim edibAzərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova İstanbulda keçirilmiş Moda həftəsində “Turan” və “Toxunuş” adlı kolleksiyalarını təqdim edib.

AZƏRTAC xəbər verir ki, AFWEU-nun təşkil etdiyi “Fashion Week Istanbul”da Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Nepaldan olan 16 məşhur dizaynerin kolleksiyaları da sərgilənib. UNICEF-in rəsmi tərəfdaşı olan “Africa Fashion Week Europe/Asia Fashion Week Europe” (AFWEU, prezident – Aydın Acık) “Turkish Heart Foundation” ilə əməkdaşlıq edir.

Azərbaycanlı dizayner Moda həftəsi çərçivəsində iki kolleksiyasından 20 geyim nümunəsi təqdim edib. Dizaynerimizin əlvan və maraqlı kolleksiyaları təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.

Xatırladaq ki, Gülnarə Xəlilovanın kolleksiyaları daha əvvəl Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya və Qırğızıstanda keçirilmiş Moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim edilib.

Oxunub: 113



XƏBƏR LENTİ