Bağla
Deqiq.info

Qadın deputatı döydülər

Tarix:25-12-2018, 15:47

Qadın deputatı döydülərQazaxıstanın Gənclik Məclisinin qadın deputatı və model Dinaqul Tasova “Fashion Night Astana” (Astana gecəsinin dəbi) şousundakı açıq-saçıq geyimindən dolayı döyülüb.

Unikal.org xəbər verir ki, bu barədə model özü “İnstaqram” səhifəsində məlumat yayıb.

O bildirib ki, həmin şou nümayişindən sonra o, kəskin tənqid obyektinə çevrilib və şikayətlə “İnstaqram” hesabı silinib.

Tasovanın sözlərinə görə, hətta yaxın insan tərəfindən zorakılığa məruz qalıb:

“Fiziki yaralar mənəvi yaralarla müqayisəyə gəlməz. Mən qərara gəldim ki, bu barədə susmaq olmaz. Heç kim müdafiəsiz, gücsüz birinə əl qaldırmamalıdır”.

Oxunub: 133



XƏBƏR LENTİ