Bağla
gundem.ws
gundem.ws

Proşenko hərbi vəziyyət elan etdi

29 dəfə baxılıb 26-11-2018, 12:43

Proşenko hərbi vəziyyət elan etdiUkrayna prezidenti Petro Poroşenko ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib.

gundem.ws “112 Ukrayna”ya istinadən xəbər verir ki, bu haqda o, Milli Təhlükəsizlik Şurasının iclasının gedişatında bildirib.

Poroşenko Ali Baş Komandan kimi hərbi vəziyyəti bəyənmək xahişi ilə deputatlara müraciət edib. Prezident söz verib ki, bu rejim əhalinin təcili səfərbərliyini bildirmir, yalnız hərbi mükəlləfiyyətlilərin hazırlığına aiddir.

Ukraynanın Milli Təhlükəsizlik Şurasının sədri Aleksandr Turçinovun sözlərinə görə, bir gün əvvəl prezident tərəfindən çağırılmış hərbi kabinet təsdiqləyib ki, Rusiya hərbçilərinin Ukraynanın Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktından başqa heç nə deyil.

Daha əvvəl Ukraynanın Hərbi Dəniz Qüvvələrləri Rusiyanı gəmi qrupuna atəş açmaqda ittiham edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi