Bağla
Deqiq.info

Hülya Avşarın 135 milyonluq arzusu ürəyində qaldı

Tarix:31-01-2020, 23:44

Hülya Avşarın 135 milyonluq arzusu ürəyində qaldıTürkiyəli aktrisa Hülya Avşar Ayvalık adlı ərazidə yerləşən Çiçək adasını satın almaq istəyi boşa çıxıb.

Deqiq.info xəbər verir ki, Hatırlı ailəsinə məxsus olan adanın qiyməti 2017-ci ildə 105 milyon lirə ( təxminən, 29 milyon 834 min manat) olsa da, sonradan bu rəqəm qətərli biznesmenlərin təklifindən sonra qalxıb.

Hazırda 135 milyon lirə (təxminən, 38 milyon 357 min manat) qiyməti olan Çiçək adası zeytun ağacları ilə əhatələnib. Ayvalığın 22 adasında biri olan Çiçək atmosferi və müxtəlif gül və çiçək növlərinin varlığı ilə göz qamaşdırır.

Oxunub: 33



XƏBƏR LENTİ