Bağla
gundem.ws
gundem.ws

Rəis bu görüntülərə görə işdən qovuldu: "Biz bratvayıq, bandayıq.." - VİDEO

43 dəfə baxılıb 6-01-2019, 14:38

Rəis bu görüntülərə görə işdən qovuldu: "Biz bratvayıq, bandayıq.." - VİDEOQazaxıstan Polis Akademiyasının rəisi Yeni il gecəsi sosial şəbəkələrdə yayılmış qalmaqallı videotəbrikə görə işdən qovulub. Qazaxıstan Daxili İşlər Nazirliyi yanvarın 4-də bildirib ki, general Can Kenjetayev Karakanda şəhərində yerləşən polis akademiyasının rəhbəri vəzifəsindən azad olunub.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, onun vəzifədən çıxarılmasından bir gün əvvəl DİN-in sözçüsü Almas Sadubaev Facebook-da yazırdı ki, akademiya rəhbərinin kadetlərlə iş üzrə müavini Askar Tastaybekov "dövlət xidmətini gözdən salan hərəkətə yol verib".

Hakimiyyət orqanları bildirirlər ki, Tastaybekovun göründüyü video dekabrın 31-də çəkilib. Videoda Tastaybekov firavan Qazaxıstan arzu edir ki, bunun hesabına polis "bratvasının" (kriminal dildə qardaşlıq) qarşıdan gələn nəsilləri də firavan yaşasın.

O sonra 1990-cı illərdə göstərilmiş Rusiya kriminal filmindəki "Antibiotik" ləqəbli personajdan sitat gətirir: "Gəlin bizim dostluğumuz təmənnasız olsun...Biz heç bir təşəkkür gözləmədən işləyək, çünki biz "bratvayıq", sadə desəm, bandayıq. Qoy Qazaxıstan və ailələrimiz çiçəklənsin. Urra yoldaşlar!"

Bunun ardınca həmin məclisdə olan onlarca polis uniformalı şəxs də "urra" qışqırır.

Videonun yayılması böyük qalmaqal yaradıb, Polis Akademiyasına xüsusi komissiya göndərilib, rəhbərliyə daxil olan şəxslər barədə tənbeh tədbirləri görülüb.

Yanvarın 3-də Tastaybekov işdən qovulduqdan sonra fəallar və tənqidçilər sosial mediada hökumətin çox yumşaq tədbir görməsindən narazılıq və məyusluq ifadə ediblər. Hərçənd sosial şəbəkə fəalları Tastaybekovun yeni il təbrikinə çoxsaylı memlər qoşublar. Bir çoxları yazıb ki, o, "həqiqəti dediyi üçün cəzalandırılıb", çünki Qazaxıstanın polis orqanları doğrudan da "bandadır". Belə ki, Qazaxıstanın hüquq-mühafizə orqanlarında polis qəddarlığı və korrupsiya illərdir ki, insan haqları fəalları tərəfindən tənqid edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi