Teatrda direktora etiraz — 9 nəfər birdən getdi

Teatrda direktora etiraz — 9 nəfər birdən getdi














İrəvan Dövlət Azərbaycan Dram Teatrından kütləvi istefalar başlayıb.

"Ölkə.Az"-ın məlumatına görə, bir neçə gün öncə teatrı daha üç nəfər tərk edib. Bunlar aktrisalar Ayşən Mirzəzadə və Məryəm Qələndərova, aktyor Əhliman Ərşadlıdır.

Bildirilir ki, eyni gündə texniki heyətdən olan altı nəfər də işdən çıxmaq barədə ərizələrini direktor İftixar Piriyevə təqdim ediblər. Qeyd olunur ki, bu şəxslər son günlər teatr ətrafında yaranmış qalmaqala, direktorun işçilərə qarşı xoşagəlməz davranışlarına etiraz əlaməti olaraq kollektivdən ayrılıblar.

loading...
www.Gundem.ws

Copyright 2017. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: O.Cavidan
Baş redaktor: İ.Elnur
Redaktor: S.Azər