AzadMedia

Koronavirusdan həmişəlik sağalmaq mümkündürmü? – Məşhur alim AÇIQLADI

  • + A
  • - A
  • 29-04-2020, 16:08

    Koronavirusdan həmişəlik sağalmaq mümkündürmü? – Məşhur alim AÇIQLADI


    Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu, tibb elmləri doktoru və Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Avdeyevin sözlərinə görə, heç bir əlaməti olmayan COVID-19 xəstələrinin əksəriyyətində ağciyərlər ümumiyyətlə heç bir zərər görmür.

    Rusiya mətbuat xəbərlərinə görə, ekspert xəstələrin çoxunun virusdan əbədi müalicə oluna bildiyini qeyd edib.

    “Bəli, ağır sətəlcəmdən, xüsusilə də kəskin tənəffüs çətinliyi sindromundan sonra nəticələr həqiqətən də ciddi ola bilər. Bu süni nəfəs aparatının zəruri olduğu kəskin tənəffüs çatışmazlığıdır. Ancaq bir insanın xəstəliyi asimptomatik hala gəlibsə, bunun nəticələri barədə demək çətindir ”, – deyə Avdeyev bildirib.

    Əlavə edib ki, həkimlər və elm adamları bunlarla məşğul olmalı və lazımi müayinələr aparılmalıdır: “Lakin indi aydındır ki, koronavirusla uğurla mübarizə aparmaq mümkündür”.

    Mütəxəssisin fikrincə, koronavirusdan sağalmaq mümkündür. O, “Sağalan insanların ağciyərlərində fəsadlar qalırmı?” sualına isə belə cavab verib:

    Koronavirusdan həmişəlik sağalmaq mümkündürmü? – Məşhur alim AÇIQLADI


    “Açıqlamalar verməzdən əvvəl araşdırma aparmaq lazımdır. Bunu iddia edən “mütəxəssislərə” sözlərini təsdiqləyən bir növ eksperimental məlumatları və ya analiz nəticələrini təqdim etməyi məsləhət görərdim. Düşünürəm ki, bu gün heç kimdə belə nəticə yoxdur. Odur ki, COVID-19 infeksiyasından sonra ortaya çıxacaq bəzi ciddi nəticələr barədə danışmaq hələ tezdir”.
    Həkim onu da vurğulayıb ki, bu günə qədər bunu sübut edilmiş faktlar deyil, fərziyyə və əsassız iddialar adlandırmaq olar. Sətəlcəm də daxil olmaqla hər hansı ciddi xəstəlikdən sonra kəskin nəticələr ola bilər.

    “Kəskin tənəffüs çatışmazlığı ağciyərlərin süni havalandırılmasını tələb edən ciddi ağciyər zədələnməsinə səbəb ola bilər” deyən ekspert bunun əksər hallarda uğurla müalicə olunduğunu xatırladıb. (publika.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    ]
    OXŞAR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR