İntihar edənin üzü başqasına köçürüldü - Ölən kişinin arvadı ilə görüşdü - VİDEO

İntihar edənin üzü başqasına köçürüldü - Ölən kişinin arvadı ilə görüşdü - VİDEO



ABŞ-da intihar edən bir nəfərin üzü illər əvvəl özünü vuraraq üzünü itirən adama köçürülüb.

Xarici KİV xəbər verir ki, 60-dan çox həkimin iştirak etdiyi 56 saat davam edən əməliyyatla bir möcüzə reallaşıb. 21 yaşında intihara təşəbbüs edərək silahı çənəsinə doğruldan Andi Sandnesin həyatı başqa bir insanın intiharı ilə tamamilə dəyişib. Həyatını itirmiş Kalen Rosun üzü Andi Sandnesə köçürülüb.

Əməliyyatdan sonra Kalenin həyat yoldaşı ərinin üzünün köçürüldüyü şəxsi görmək istəyib. Əri intihar edəndə 8 aylıq hamilə olduğunu söyləyən qadın görüşə balaca oğlunu da aparıb.

Həmin kövrək anları təqdim edirik: (Yenicag.az)



loading...
www.Gundem.ws

Copyright 2017. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: O.Cavidan
Baş redaktor: İ.Elnur
Redaktor: S.Azər