Avtomobil şirkətindən yenilik - Sürücülər üçün xüsusi papaq yaratdı

Avtomobil şirkətindən yenilik - Sürücülər üçün xüsusi papaq yaratdı


“Ford” şirkəti tərəfindən sürücülər üçün zəngli papaq yaradılıb.

Xarici KİV-in verdiyi məlumata görə, xüsusi papağa sürücü “mürgüləyən” və ya artıq yuxuya gedən zaman avtomatik işə düşən zəngli saat quraşdırılıb.

İxtiraçılar beyzbol papağına nəzarətçi, akselerometr, qiroskop və parlaq işıq diodu quraşdırıblar. Sürücü yuxuya gedən kimi, onun başı həmişəkindən aşağı enir. Bu zaman işə düşən ötürücülər məlumatı dərhal emal edərək səs siqnalı verir və parlaq fənər sürücünün üzünə işıq saçır. (Trend.az)

loading...
www.Gundem.ws

Copyright 2017. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: O.Cavidan
Baş redaktor: İ.Elnur
Redaktor: S.Azər