Vüqar "Maşın"dakı gizlinləri açıb-tökdü: "Bunu eşidəndə dəhşətə gəldim"

 Vüqar "Maşın"dakı gizlinləri açıb-tökdü: "Bunu eşidəndə dəhşətə gəldim"



Aparıcı Vüsalə Əlizadə tərəfindən "Maşın şou"dan uzaqlaşdırılan meyxanaçı Vüqar Əbdülov hələ də baş verənlərin təsiri altında olduğunu deyib.

Gundem.Ws xəbər verir ki, yenicag.az-a açıqlama verən meyxanaçı Raufun onun ünvanına söylədiyi "əjdahanın quyruğu" sözünü bağışlamayacağını bildirib:

"Mən söz vermişdim ki, bu barədə danışmayacam, amma soruşdunuzsa, cavab verim. Rauf oyun zamanı mənim ünvanıma "əjdahanın quyruğu" ifadəsini səsləndirdi. Bu, mənim xoşuma gəlmədi. Hələ indiyə qədər heç kimə icazə verməmişəm ki, mənimlə münasibətdə hörmətsizliyə yol versin və həddini aşsın. Rauf həddini aşdı. Şou bitdikdən sonra mən onu kənara çəkdim və dedim ki, o nə söz idi işlətdin? Qayıtdı ki, "brat", ağzımdan qəfil çıxdı, bağışla. Mən ona dedim ki, bu sözü milyonlarla insanların qarşısında işlətmisən, elə onların da yanında söhbətə aydınlıq gətir. Söz verdi, amma oyun zamanı sözünə əməl etmədi. Bu da onun səviyyəsidir. Mən orada elə şeylərlə qarşılaşdım, elə söhbətlər eşitdim ki, dəhşətə gəldim. 10 dəqiqə əvvəl söylədiyim sözləri mənə başqası çatdırırdı. Xəbərçilik, sözgəzdirmə, bir-birini təhqir etmək - inanın, mən çaşıb qalmışdım".

loading...
www.Gundem.ws

Copyright 2017. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: O.Cavidan
Baş redaktor: İ.Elnur
Redaktor: S.Azər