Premyer Liqa klubu rəsmən satışa çıxarıldı

Premyer Liqa klubu rəsmən satışa çıxarıldı



İngiltərə Premyer Liqa klublarından “Nyukasl” satışa çıxarılıb.

Gundem.Ws Qol.az-a istinadən yaydığı xəbərə görə, bu haqda klubun sahibi Mayk Eşli açıqlama verib. O bildirib ki, maksimum mövsümün sonuna qədər “Nyukasl”ı satacaq.

53 yaşlı biznesmen bu kluba 2007-ci ilin mayında 135 milyon funt ödəməklə sahib çıxıb. Amma Kevin Kiqanın gedişindən sonra azarkeşlərin ciddi narazılığı ilə qarşılaşdığı üçün artıq 2008-ci ildə Mayk Eşli klubu satmaq istəyirdi.

Hazırda “Nyukasl”ı almaqda maraqlı olan 44 yaşlı maliyyəçi Amanda Steyvlidir.

Qeyd edək ki, Eşli satışdan 400 milyon funt əldə etməyi düşünür.

loading...
www.Gundem.ws

Copyright 2017. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: O.Cavidan
Baş redaktor: İ.Elnur
Redaktor: S.Azər