2018-ci ilin... - Torpaqların qaytarılacağı dəqiq tarix AÇIQLANDI

2018-ci ilin... - Torpaqların qaytarılacağı dəqiq tarix AÇIQLANDI



Ukraynanın “Sağ sektor” Partiyasının keçmiş lideri Dmitri Yaroş Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin Kiyevin nəzarəti altına qayıdacağı dəqiq tarixi açıqlayıb.

Ukrayna KİV xəbər verir ki, Ali Radanın üzvünün fikrincə, bu, 2018-ci ilin aprelində olacaq.
D. Yaroş hesab edir ki, bu, aprelin 20-nə kimi mümkün ola bilər.

“Mümkündür ki, çox bayram etməmək üçün 20 apreli və Qələbə Gününü ( 9 may –red.) birləşdirək” – “Sağ sektor”un keçmiş lideri bildirib.
Daha əvvəl Yaroş bildirib ki, Minsk razılaşmalarının icrası Ukraynanın dağılmasına gətirib çıxaracaq. Minsk razılaşmalarına əsasən, Kiyev Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarına xüsusi status verməyi öhdəsinə götürüb.(publika.az)

loading...
www.Gundem.ws

Copyright 2017. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: O.Cavidan
Baş redaktor: İ.Elnur
Redaktor: S.Azər