Dünyanın ən böyük möcüzəsinin sirri açıldı - Misir piramidaları belə tikilib

Dünyanın ən böyük möcüzəsinin sirri açıldı - Misir piramidaları belə tikilib


Amerikalı arxeoloq Mark Lenerin başçılıq etdiyi bir qrup tədqiqatçı Xeops ehramının tikintisini təsvir edən qədim papirus aşkarlayıb. Sənəddə misirlilərin çəkisi 2,5 ton olan qranit və əhəngdaşı bloklarını 800 kilometr məsafəyə necə daşımaları açıqlanıb.

Bu barədə Daily Mail nəşri yazır.

40 işçisi olan yazının müəllifi qeyd edir ki, misirlilər Nil çayından Giza ərazisinə süni kanallar çəkiblər. İnşaatçılar kəndirlərlə birləşdirilən qayıqlardan istifadə edərək blokları kanallar vasitəsi ilə ehramların tikildiyi yerə çatdırırdılar.

Papirusdan əlavə həmçinin Xeops fironunun ölümdən sonrakı dünyada hakimiyyətinin rəmzi sayılan mərasim qayığının qalıqları da tapılıb. Üçölçülü lazer skanı vasitəsi ilə taxtaların bir-birinə kəndirlə bərkidildiyi müəyyən edilib.

Ehramların daxili kameraları üçün qranit Gizadan 860 kilometr cənubda Ausanda, əhəngdaşı isə tikinti yerindən 12 kilometr aralıda – Turada çıxarılırdı.


loading...
www.Gundem.ws

Copyright 2017. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: O.Cavidan
Baş redaktor: İ.Elnur
Redaktor: S.Azər