Riyazi bacarığı ilə Rusiyanı heyrətləndirən uşaq danışdı - VİDEO

Riyazi bacarığı ilə Rusiyanı heyrətləndirən uşaq danışdı - VİDEO


Altı yaşlı azərbaycanlı “Rusiya 1” kanalındakı verilişdə hər kəsi heyrətə gətirib. Ruslan Səfərov ən çətin hesablamaların cavabını bir neçə saniyəyə düzgün taparaq münsiflər heyətini, eləcə də tamaşaçıları təəccübləndirib.

Gundem.Ws a24.az a istinad xəbər verir ki, səhnədə alqışlarla qarşılanan bu balaca həmyerlimiz “Xəzər” TV-yə danışıb.

Yaxınlarının sözlərinə görə, Ruslandakı bu qabiliyyəti hələ bir yaşında olarkən aşkar ediblər. Atası uşağın çarpayısına hərfləri və rəqəmləri asaraq ona ilk dərsini keçib.

İki yaşında yazıb-oxumağı bacaran Ruslan daha çətin misalların həllinə başlayıb.

Hazırda o, yuxarı siniflərə məxsus çətin riyazi misalların həllini öyrənir.



loading...
www.Gundem.ws

Copyright 2017. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: O.Cavidan
Baş redaktor: İ.Elnur
Redaktor: S.Azər